BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi "Üç rəngin kölgəsində!" adlı fləşmob keçirib

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 23 mindən çox BDU tələbəsinin diqqətini 9 noyabr - Dövlət Bayrağı Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə “Üç rəngin kölgəsində!” adlı fləşmob keçirib.
BDU THİK sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, rəmzi olaraq “Üç rəngin könüllüsü” adlı könüllü heyətinin formalaşdırıldığını deyib. Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən Azərbaycan Respublikasının Dövlət Bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər.
Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.
Sosial mediada sürətlə paylaşılan fləşmobun rəsmləri və videoları böyük marağa səbəb olub və minlərlə baxış və bəyənmə alıb. Həmçinin əyani olaraq fləşmobu görən 30 mindən çox BDU tələbə, müəllim heyəti və hazırlanan tv reportajlar ölkə ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılanıb. “Facebook” və “Instagram” sosial şəbəkələrində böyük izləyicisi olan səhifələr fləşmobla bağlı müxtəlif paylaşımlar edib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər