BSU-da “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib

BSU-da “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültədə təhsil alan tələbələr üçün “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva seminarın mahiyyətindən danışıb, kredit sisteminin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd edib. D.Hacıyeva bildirib ki, fakültədə təhsil alan tələbələrin əksəriyyəti ixtisasından asılı olmayaraq beynəlxalq mübadilə proqramlarında iştirak etməyə xüsusi maraq göstərirlər. Tələbə-gənclərin elmi potensialını yüksək qiymətləndirən dekan onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov çıxışında BSU-nun beynəlxalq əlaqələri, xarici universitetlərlə, xüsusən Rusiyanın qabaqcıl universitetləri ilə BSU arasındakı müəllim-tələbə mübadiləsi barədə iştirakçılara məlumat verib. Prorektor bildirib ki, Pedaqoji fakültənin Rus dili müəllimliyi, eyni zamanda Təhsildə sosial-psixoloji xidmət ixtisasında təhsil alan tələbələrin beynəlxalq mübadilə proqramları çərçivəsində Rusiyanın qabaqcıl universitetlərində təhsil alma imkanları var. BSU-nun xarici universitetlərlə müəllim-tələbə mübadiləsi aparmağa hazır olduğunu deyən Telman Cəfərov hazırda universitetin bir qrup tələbəsinin Çexiya Respublikasının Karl Universitetində təhsil aldığını, o cümlədən yaxın günlərdə Çexiyadan BSU-ya mübadilə proqramı ilə çex müəllimin bu dili tədris etmək üçün gəldiyini xüsusi qeyd edib. Prorektor beynəlxalq mübadilə proqramları ilə xaricdə təhsil almaq istəyən gənclərin dil biliklərinə, xüsusən rus və ingilis dillərinə mükəmməl səviyyədə yiyələnmələrinin vacibliyini də bildirib. T.Cəfərov seminarda iştirak edən Pedaqoji fakültənin tələbələrinin I tədris ili olmalarına baxmayaraq fəallıq göstərmələrini yüksək dəyərləndirib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra çıxış edən Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva boloniya prosesi, kredit sisetminin Azərbaycan təhsilində tətbiqi barədə geniş məlumat verib. BSU-da həyata keçirilən beynəlxalq mübadilə proqramlarından danışan Leyla Musayeva bu proqramların gənclərin özünüinkişafına yüksək təsir göstərdiyini vurğulayıb.
Tədbirin davamında Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva “Ali təhsil müəssisəsində kredit sistemi ilə tədrisin təşkili” barədə slaydı təqdim edib.
Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat xidməti


BSU-da “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib

Oxşar xəbərlər