
Tehsil-press.az-ın məlumatı dəqiqləşdirmək üçün Murad Dadaşovla əlaqə saxlamaq istəsə də, o, telefonlara cavab verməyib. Sözügedən məlumatı iki gündür nə təsdiq, nə də təkzib edən var.
Maraqlıdır ki, Xəzər TV-də hər kəs yeni təyinatdan məlumatlıdır və dünən Dadaşovun “Xəzər Media Mərkəzi”nin kollektivi ilə görüşü gözlənilsə də, bu, reallaşmayıb. İddia olunur ki, Xalq artisti yaxın günlərdə rəsmi olaraq Xəzər TV-nin başına keçəcək.
Bundan əlavə, Azərbaycanın tanınmış şou-biznes nümayəndələri də sosial şəbəkədə Murad Dadaşovu təbrik ediblər. Dadaşova yaxın olan məşhurlar isə onunla birbaşa əlaqə saxlayaraq yeni təyinatı ilə bağlı uğurlar arzulayıblar. Aparıcı-aktyor isə xoş arzulara görə onlara təşəkkür edib.
Tehsil-press.az