Azərbaycanın 14 ali məktəbinin nümayəndələri Turizm və Menecment Universitetində

Azərbaycanın 14 ali məktəbinin nümayəndələri Turizm və Menecment Universitetində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və “Erasmus+” Bakı ofisinin təşkilatçılığı ilə yanvarın 24-də ali təhsildə potensialın gücləndirilməsi layihələrinin yazılması ilə bağlı sual-cavab sessiyası keçirilib.
Tədbirə Azərbaycanın 14 universitetindən nümayəndə qatılıb.
Görüşün məqsədi “Erasmus+” layihələrini işləyən komanda üzvlərini maraqlandıran texniki sualları cavablandırmaq, universitetlərarası “Erasmus+” şəbəkəsini gücləndirmək, həmçinin nəzərdə tutulan son müraciət tarixinə kimi layihələrin uğurla yekunlaşdırılmasına dəstək göstərmək olub.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər