İtaliyanın Romualdo Del Bianko Fondunun baş katibi Turizm və Menecment Universitetində

İtaliyanın Romualdo Del Bianko Fondunun baş katibi Turizm və Menecment Universitetində İtaliyanın Romualdo del Bianko Fondunun baş katibi Simone Giometti Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) rektor İlham Mədətovla görüşüb.
Görüşdə milli mirasın qorunub gələcək nəsillərə ötürülməsində insan əməyinin rolu, tərəflər arasında əməkdaşlığının inkişaf istiqamətləri, turizm sənayesinin iqtisadi və mənəvi töhfəsi kimi məsələlər müzakirə olunub.
Görüşdə ATMU-nun əməkdaşları Romualdo de Bianko Fondu tərəfindən gələn ilin martında İtaliyanın Florensiya şəhərində keçiriləcək “Sülh qurucusu kimi miras” simpoziumuna dəvət olunublar.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər