Təhsil Nazirliyi: 403 tələbə “Your English Voice” müsabiqəsində iştirak hüququ qazanıb

Təhsil Nazirliyi: 403 tələbə “Your English Voice” müsabiqəsində iştirak hüququ qazanıb Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi və “British Council” Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” ingilisdilli müsabiqəsinə qeydiyyat prosesi yekunlaşıb.
Müsabiqənin birinci mərhələsində 57 ixtisas üzrə 438 tələbə elektron qeydiyyatdan keçib. Onlardan 403 tələbənin müraciəti təsdiqlənib.
Müsabiqədə iştirak hüququnu qazanmış tələbələrin siyahısı, eləcə də müsabiqənin ikinci mərhələsi (test imtahanı) haqqında məlumat yaxın günlərdə www.sabah.edu.az saytında yerləşdiriləcək.
“Your English Voice” müsabiqəsi Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına marağın artırılmasıdır.
Müsabiqənin bütün mərhələlər üzrə qalibləri Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “International House Manchester”də 2 həftəlik ingilis dili kursunda iştirak imkanı əldə edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər