
İmzalanma mərasimindən öncə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli belə əməkdaşlıq müqavilələrinin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyini söyləyib.
Sonra Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycan ədəbiyyatının Koreya dilinə kütləvi şəkildə tərcüməsinin önəminə toxunub.
Anlaşma memorandumunu İsa Həbibbəyli və Eunkyung Oh imzalayıblar.
AMEA-nın Mətbuat Xidməti