Ən zəngin insanlardan biri koronavirusla mübarizəyə qalxdı

Ən zəngin insanlardan biri koronavirusla mübarizəyə qalxdı “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun başçısı, dünyanın ən zəngin insanlarından biri Bernar Arno koronavirusla mübarizəyə qalxıb.
Belə ki, “Christian Dior”, “Guerlain” və “Givenchy” kimi brend ətir və kosmetik vasitələr buraxan LVMH bazar ertəsindən etibarən antibakterial gellərin istehsalına başlayıb.
Şirkətlər qrupu antiseptiki Fransada fəaliyyət göstərən səhiyyə müəssisələrinə pulsuz verməyi planlaşdırır. Qrupdan bildirilib ki, onlar həmin vasitələrin istehsalı ilə ehtiyac olanadək məşğul olacaq.
Qeyd edək ki, B.Arno dünyanın ən zəngin insanları siyahısında üçüncüdür. Hələ 2020-ci ilin fevralında onun şəxsi kapitalı 100 milyard dollardan çox idi, lakin o, son günlər koronavirus pandemiyasının fonunda azalmışdı. Hazırda Arnonun 80 milyard dollar varidatı var.

Tehsil-press.az

Oxşar xəbərlər