
Bu barədə Norveç Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinə rəsmi nota ünvanlayıb.
Rəsmi notada deyilir ki, Norveç martın 31-də Azərbaycanın işğal altında olan ərazisi Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır.
Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.
Tehsil-press.az