AzMİU-nun İnnovativ Biznes İnkubasiya Mərkəzinin onlayn treninqlərində tələbələrə vacib tövsiyələr verilir

AzMİU-nun İnnovativ Biznes İnkubasiya Mərkəzinin onlayn treninqlərində tələbələrə vacib tövsiyələr verilir COVID-19 epidemiyası ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün strukturlarında iş prosesi onlayn rejimə keçib. Martın 26-dan etibarən universitetin İnnovativ Biznes İnkubasiya Mərkəzinin əməkdaşları onlayn treninqlərə başlayıblar.
Mərkəzin mütəxəssisləri biznes, startap layihələrinin və təqdimatlarının hazırlanması mövzusunda qrup və fərdi şəkildə treninqlər keçiriblər. Mərkəzdən aldığımız məlumata görə, treninqlərdə iştirak edən tələbələrə həm şəxsi bacarıqlarını inkişaf etdirmək, həm də beynəlxalq startap yarışmalarında iştirak etmək üçün vacib tövsiyələr verilir. Kreativ startap layihələri olan fəal tələbələrimiz onlayn təlimlərdə maraqlı təşəbbüslərlə çıxış edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər