Tbilisi və Gürcüstanın 3 böyük şəhəri koronavirus səbəbindən bağlandı - Video

Tbilisi və Gürcüstanın 3 böyük şəhəri koronavirus səbəbindən bağlandı - Video Gürcüstanın dörd şəhəri – Tbilisi, Rustavi, Kutaisi və Batumi on gün müddətinə bağlanıb.
Böyük şəhərlərin bağlanması qərarını Gürcüstan hökuməti aprelin 14-də qəbul edib. Bu, həmin vaxt koronavirusa yoluxanların sayının 30 nəfər artaraq 296-ya yüksəlməsindən irəli gəlib.
Qapalı şəhərlərdə hərəkət məhdudiyyəti tibb müəssisələrinin əməkdaşlarına, jurnalistlərə və Gürcüstanda akkredetasiyadan keçən diplomatik korpus nümayəndələrinə şamil edilmir.
Bu on gün ərzində, əvvəlki kimi, həm beynəxalq, həm də daxili yük daşımaları həyata keçiriləcək.
Həmin müddət ərzində ittiham olunanların və məhkumların həbsxanalara aparılması, pul vəsaitləri və qiymətli metalların inkassasiyası icazə verilir.
Qapalı şəhərlərdə hərəkət elektrik enerjisi, təbii qazla təminat, eləcə də suyun istehsalı, ötürülməsi, paylanması və çatdırılması, o cümlədən telekommunikasiya, poçt xidmətləri və tullantıların idarə edilməsi xidmətlərinin göstərilməsi məqsədi ilə mümkündür.
Humanitar məqsədli beynəlxalq təşkilatların hərəkəti üçün heç bir məhdudiyyət yoxdur.
Qapalı şəhərlərə giriş-çıxış xidməti vəzifələrini yerinə yetirərən şəxsi mühafizəyə qadağan olunmur.
Həmçinin adları Operativ Qərargahla razılaşdırılmış şəxslərə, qərara əsasən iqtisadi fəaliyyətinə icazə verilən dövlət idarələri və subyektlərə və fövqəladə vəziyyət zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi üçün hərəkəti vacib olan nəqliyyat vasitələrinə hərəkət məhdudiyyəti qoyulmur.
Bu şəhərlərə giriş orada qeydiyyatda olan şəxslərə də icazə verilir. Digər bələdiyyələrdə qeydiyyatda olanlara həmin şəhərlərdən (Tbilisi, Rustavi, Kutaisi və Batumi) çıxışına məhdudiyyət qoyulmur.
Məhdudiyyətlər aprelin 25-dək davam edəcək.
Qeyd edək ki, ən son məlumatlara əsasən, Gürcüstanda 306 nəfərdə koronavirus tapılıb, 71 pasiyent sağalıb, 3 nəfər vəfat edib.
Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda fövqəladə vəziyyət elan olunub, saat 21:00-dan 06:00-dək komendant saatıdır.



Tehsil-press.az

Oxşar xəbərlər