Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Birminhem Universitetinin doktoranturasına qəbul olub

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Birminhem Universitetinin doktoranturasına qəbul olub AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, müəssisənin Biotexnologiya şöbəsinin kiçik elmi işçisi Aytac Nəbiyeva Böyük Britaniyanın Birminhem Universitetində insan genetikası ixtisası üzrə doktoranturaya qəbul olub.
A.Nəbiyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.
Qeyd edək ki, Birminhem Universiteti dünyanın nüfuzlu 100, İngiltərənin isə 15 aparıcı ali təhsil müəssisəsi sırasında yer alır.

Tehsil-press.az

Oxşar xəbərlər