UNEC-də onlayn “Karyera günləri” davam edir

UNEC-də onlayn “Karyera günləri” davam edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində onlayn “Karyera günləri” davam edir.
Mayın 16-da saat “Ernst & Young” şirkətinin audit xidmətləri üzrə meneceri Nizami Yusifli və “Bank of Baku” ASC-nin Seçim və yerləşdirmə bölməsinin rəhbəri Rüfət Hacıyev canlı yayımın qonağıdır.
İzləyicilər suallarını UNEC-in rəsmi “Facebook” və “YouTube” səhifələrindən birbaşa ünvanlaya bilərlər.
Canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk dünyası iqtisad fakültəsinin tələbəsi Bayram İsmayılovdur.

Tehsil-press.az

Oxşar xəbərlər