4 aydan sonra ilk yaşandı

4 aydan sonra ilk yaşandı Yaponiyada martın 6-dan sonra ilk dəfə son sutka ərzində koronavirusdan ölən olmayıb. Bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.
Son sutkada koronavirusa yoluxanların sayı 38-dən az olmayıb. Bununla da bu göstərici 17 914-ə yüksəlib. Ölüm hallarının sayı əvvəlki kimi 929-dur.
Bundan əlavə, ölkədə ümumulikdə 15,6 min nəfər sağalıb. 100-ə yaxın pasiyent intensiv terapiya palatalarında ağır vəziyyətdə qalmaqdadır. Bu göstərici mayın əvvəlindən indiyədək üç dəfə azalıb.

Tehsil-press.az


Oxşar xəbərlər