2019-2020-ci tədris ilinin virtual “Son zəng”i

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olunacaq.
İlk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
Virtual “Son zəng”i iyunun 12-də saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər