Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bu günədək 109 onlayn imtahan keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bu günədək 109 onlayn imtahan keçirilib Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2019/2020-ci tədris ilinin yay imtahan sessiyası davam edir.
Bu günədək “Microsoft Teams” platforması vasitəsilə 109 onlayn şifahi imtahan keçirilib. Bu imtahanlar akademiya tələbələrinin 96 faizini təşkil edib.
Ali təhsil müəssisəsində yay imtahan sessiyası iyulun 9-da yekunlaşacaq. İmtahanda hər hansı səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr avqust və sentyabr aylarında ödənişsiz növbəti dəfə imtahan verə biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər