Bakı Dövlət Universitetinin Qazax filialında yaz imtahan sessiyasında 1223 tələbə iştirak edib

Bakı Dövlət Universitetinin Qazax filialında yaz imtahan sessiyasında 1223 tələbə iştirak edib Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb. Pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn formada keçirilən imtahanlar zamanı tələbələrin çətinliklərlə üzləşməmələri üçün əvvəlcədən bütün texniki tədbirlər yüksək səviyyədə təşkil edilib.
İyunun 16-dan start götürüb iyulun 10-da başa çatan imtahanlarda 1223 tələbə (onlardan 1099-u əyani, 124-ü qiyabi, magistratura əyani şöbə 2 nəfər olmaqla) iştirak edib. Tələbələr 19 ixtisas üzrə 61 qrupda imtahan veriblər. Semestr ərzində ümumilikdə 333 imtahan keçirilib.
Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi filialın rəhbərliyi, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər