Koronavirus pandemiyası təhlükəsinin hələ sovuşmadığı, yoluxma hallarının üçrəqəmli statistik göstərici ilə müşayiət olunduğu bir vaxtda nəinki mitinq, aksiya və yürüşlərin, hətta on nəfərdən çox iştirakçısı olan toplantıların keçirilməsi yolverilməzdir. İyulun 14-15-də orduya keçirilmiş dəstək aksiyasına minlərlə insanın qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün potensial risk idi.
Bunu AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya barədə fikirləri söyləyib.
O deyib: “Şübhəsiz ki, aksiya bu günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat nəticəsində həlak olan qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, eləcə də ordumuza dəstəyin vətənpərvərlik nümunəsidir. Ancaq unutmamalıyıq ki, biz, eyni zamanda, ermənilər qədər az qorxulu olmayan ikinci bir düşmənə - COVID-19 pandemiyasına qarşı mübarizə aparırıq. Bu, birincidən ona görə qorxuludur ki, bəşəridir, dünyanın mübarizə aparmasına baxmayaraq, günahsız canları almaqda davam edir. Bizdə də yoluxma halları geniş hal alıb. Belə bir çətin durumda xalqımızın, insanlarımızın birlik nümayiş etdirməsi, qoyulan qaydalara qeyd-şərtsiz əməl etməsi olduqca vacibdir”.
Şura sədri bildirib ki, pandemiyanın nə qədər davam edəcəyi bilinmədiyi bir vaxtda vətəndaşların, xüsusən də çoxluq təşkil edən gənclərin həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara kütləvi şəkildə toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan sıxlıq virusun yayılma sürətini daha da artıracağını istisna etmir: “Bu pandemiyaya qarşı mübarizədə istənilən nəticəni əldə etməyincə qaydalara qeyd-şərtsiz riayət etmək məcburiyyətindəyik. Sərt karantin rejimi avqustun 5-dək uzadıldı. Bu o deməkdir ki, təhlükə hələ də azalmayıb. Nəinki karantin müddətində, hətta yumşalmaya gedilsə belə insanlarımız bu cür davranacaqlarsa, həyata keçirilən tədbirlərin əhəmiyyəti olmaya bilər. Biz bu acınacaqlı vəziyyəti may ayının 18-də yumşalma tədbirlərindən sonra bir dəfə yaşadıq. Deməli, məsuliyyət məsələsi bizim daha diqqətli olmağımızı tələb edir. Vətənimizin həssas məsələlərində gənclərimizin vətənpərvərlik çağırışlarını başa düşürük, lakin həmin aksiyada insanların heç bir qaydalara əməl etməməsi təəssüf hissi doğurdu. Vətənpərvərlik hisslərinin fonunda yürüşə çıxmaq qürurvericidir, digər tərəfdən, unutmamalıyıq ki, karantin qaydalarının pozulması yoluxmanın artmasına səbəb olur. Bu cür yoluxma artdıqca itkilərimiz də çox ola bilər. Odur ki, diqqətli olmaq lazımdır.
Bəzən məsuliyyətsizlik edən müəyyən qrup gənclər özlərində belə yanlış təsəvvür formalaşdırırlar ki, aşağı yaş qrupları virusa yoluxmaya bilər. Amma son ölüm halları göstərdi ki, tam əksinə, yoluxan gənclərimiz və onlar arasında simptomları ağır keçirən və sonda pandemiyanın qurbanına çevrilən aşağı yaş qruplarında insanlar heç də az deyil. Bunun üçün də növbəti mərhələlərdə karantin tədbirləri yumşaldıqdan sonra gənclərimiz daha da ehtiyatlı davranmalıdır. Ona görə ki, pandemiya dünyada və Azərbaycanda yayılmaqda davam edir. Bu fikirlərim insanlarımızın həssas mövzulara göstərdiyi vətənpərvərlik hisslərinə qarşı çıxmaq kimi başa düşülməməlidir. Şübhəsiz, etiraz bildirmək vacibdir, bu, yaralı yerimiz olan Qarabağ uğrunda gedən proseslərə diqqətdir. Amma kütləvi hal alması, o vətənpərvərlik hisslərindən istifadə edib müxtəlif təxribatların həyata keçirilməsi yolverilməzdir. Bu, bir tərəfdən milli birliyi gözdən salmaq, digər tərəfdən ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir. İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları ordumuz üçün də ciddi təhlükə yarada bilər. Bütün bunlara yol verməmək üçün vətəndaşlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir”.
Tehsil-press.az