UNEC: dekanlar canlı yayımda tələbələrin suallarını cavablandıracaqlar

UNEC: dekanlar canlı yayımda tələbələrin suallarını cavablandıracaqlar Yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələri maraqlandıran sualların cavablandırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fakültə dekanları sentyabrın 16-18-də “Facebook” üzərindən canlı yayıma çıxacaqlar.
Canlı yayımda yeni tədris ilində tətbiq olunan yeniliklər, tədris prosesi, tələbə biliyinin qiymətləndirilməsi, dərslərin təşkili qaydaları barədə ətraflı məlumat veriləcək.
Tələbələr suallarını öncədən və ya canlı yayım vaxtı fakültələr üzrə “Facebook” səhifələrinə ünvanlaya bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər