Memarlıq və İnşaat Universiteti: Apelyasiya Komissiyasına daxil olan müraciətlər vaxtında araşdırılır

Memarlıq və İnşaat Universiteti: Apelyasiya Komissiyasına daxil olan müraciətlər vaxtında araşdırılır Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və şikayətlərin araşdırılması məqsədilə İmtahan Qərargahı və rektorluq yanında Apelyasiya Komissiyası yaradılıb. “Zoom” platforması üzərindən keçirilən imtahanların gedişini rektor Gülçöhrə Məmmədova, eləcə də prorektorlar yaxından izləyirlər.
İmtahanlar zamanı şəffaflığın təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyasına bu günədək 100-ə yaxın müraciət daxil olub. Müraciətlər əsasən texniki problemlərlə (internetin zəifliyi, əlaqənin itməsi, imtahanın yarıda kəsilməsi və s.), əksər hallarda isə köçürmələr etdiklərinə görə nəticələri ləğv olunan tələbələrin şikayəti ilə bağlıdır. Komissiyaya daxil olan hər bir müraciət vaxtında araşdırılır və tələbənin şikayətinə obyektiv qiymət verilir.

Tehsil-press.az



Oxşar xəbərlər