Qaradağda 10 maşın toqquşdu, ölən var - Video

Qaradağda 10 maşın toqquşdu, ölən var - Video Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.
Səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.



Tehsil-press.az

Oxşar xəbərlər