Bakıda sevgilisini bıçaqlayan şəxs onunla birgə olduğu avtomobili dərəyə aşırıb - YENİLƏNİB - VİDEO

Bakıda sevgilisini bıçaqlayan şəxs onunla birgə olduğu avtomobili dərəyə aşırıb - YENİLƏNİB - VİDEO Bakıda avtomobilin dərəyə yuvarlanması faktı ilə bağlı bəzi məqamlar məlum olub.
Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində "Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub.
Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.
Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
Saat 17:22
Bakıda avtomobil dərəyə aşıb.
Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində ölənlərin olduğu bildirilir.
Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.



Tehsil-press.az

Oxşar xəbərlər