Şərqşünaslıq İnstitutu əməkdaşının məqaləsi Tavriya Milli Universitetinin jurnalında dərc olunub

Şərqşünaslıq İnstitutu əməkdaşının məqaləsi Tavriya Milli Universitetinin jurnalında dərc olunub Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "Səfəvilər dövlətinin ideoloji siyasətində mehdilik inancının yeri” başlıqlı elmi məqaləsi Ukraynanın V.Vernadski adına Tavriya Milli Universitetinin “Vçeni zapiski” jurnalında dərc edilib.
Müəllif məqalədə XV-XVI əsrlərdə Azərbaycan ərazisində mövcud olan ictimai-siyasi vəziyyət haqqında məsələlərə toxunub, Səfəvilər dövlətinin qurulmasında dini-fəlsəfi düşüncələrin təsirləri barəsində məlumatları paylaşıb. Elnur Mustafayev, həmçinin Səfəvilər dövlətinin elan edilməsindən sonra aparılmış dini islahatlar barədə mövzuları işıqlandırıb və həmin dövrün dini-siyasi dünyagörüşündə mehdilik inancının rolu haqqında problemləri tədqiq edib.

Tehsil-press.az



Oxşar xəbərlər