Xəzər Universitetində növbəti virtual tədqiqat seminarı keçiriləcək

Xəzər Universitetində növbəti virtual tədqiqat seminarı keçiriləcək Martın 15-də Xəzər Universitetinin Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün növbəti virtual tədqiqat seminarı keçiriləcək.
Seminar Türkiyənin Qazi Universitetinin Təhsil fakültəsinin əməkdaşı, professor Salih Şahinin təqdimatında “Tələbələrin onlayn təhsildə iştirakı” mövzusunda təşkil ediləcək.
Seminar "MS Teams" proqramında keçiriləcək. Seminarda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün Ülkər Bayramova ([email protected]) ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər