
Elmar Qasımov İsmayıl Koyuncunu yeni rektor təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik kimi istiqamətlərdə birgə proqramların və elmi-tədqiqat fəaliyyətlərinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Rektor Elmar Qasımov İsmayıl Koyuncunu Bakıya səfərə dəvət edib.
Qeyd edək ki, İstanbul Texniki Universiteti 1773-cü ildə yaradılıb, mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.
Tehsil-press.az