X-XI siniflərdə ənənəvi tədrisin bərpası pandemiyanın gedişatından asılıdır

X-XI siniflərdə ənənəvi tədrisin bərpası pandemiyanın gedişatından asılıdır X-XI siniflərdə ənənəvi tədrisin bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür. Təbii ki, biz hamının məktəbə getməsini istəyirik.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə inanmayın. Rəsmi məlumatlar əsasında həyatınızı planlaşdırın”.

Tehsil-press.az


Oxşar xəbərlər