
“Nizami Gəncəvi-880” adlı kitab sərgisində dahi şairin Şərq miniatür sənətinin inkişafına təkan verən, dünyanın bir çox kitabxana və muzeylərini bəzəyən əsərləri nümayiş olunur. Sərgiyə Əsgər Sərkaroğlunun qızı Fəzilə Əsgərova tərəfindən “Azərbaycanın peyğəmbərləşən mütəfəkkir şairi” adlı kitabı hədiyyə olunub. Əsgər Sərkaroğlu (1937-2016) hələ tələbəlik illərindən başlayaraq Nizami Gəncəvinin əsərlərini dünya kitabxanalarında və xarici mənbələrdə araşdırıb və tədqiqatın nəticələrini kitabında qeyd edib.
Tehsil-press.az