
Tədbirdə M.Mürsəlovun “XXI əsrdə Azərbaycanda dinin tədrisi” mövzusunda məruzəsi dinlənilib. O məruzəsində qeyd edib ki, bütün dövlətlər üçün, xüsusilə də sekulyar ölkələr üçün milli təhlükəsizlik qədər dini təhlükəsizlik də çox əhəmiyyətlidir.
Prorektor dini maarifləndirmənin önəmli məsələ olduğunu deyib.
Məruzəçi XXI əsrdə Azərbaycanda dinin tədrisindən danışarkən 1990-2000-ci illərə diqqət çəkib. Qeyd edilib ki, ölkədə ilahiyyat sahəsinin təməli məhz bu mərhələdə qoyulub: “Həssas məsələ olan dinin tədrisinə, ümumiyyətlə, dini fəaliyyət sahəsinə sistemli yanaşma ümummilli lider Heydər Əliyev və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən olub. Prezident İlham Əliyevin dini fəaliyyət sahəsində apardığı tolerantlığa əsaslanan düzgün siyasət nəticəsində Azərbaycanda yaşayan bütün din mənsublarının etiqad azadlığı təmin olunub”- deyə M.Mürsəlov bildirib.
Məruzəçi, eyni zamanda diqqətə çatdırıb ki, təhsil müəssisələrində din tədrisinin təşkilində öz ölkəsinin maraqlarını üstün tutan milli kadrlar olmalıdır.
Tehsil-press.az