
Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bununla Respublika Günü ləğv edilir: “Amma heç deyən yoxdur ki, bu gün nə vaxt təsis edilib. Bu gün 12-ci çağırış Ali Sovetin iclasında Prezidentin fərmanı ilə təsdiq edilib. Bu məsələni təkcə adla bağlamayaq. Biz müstəqilliyin bərpasını 30 avqust 1990-cı ildə fərmanla bərpa etmişik.
Təklifim odur ki, 30 avqust tarixi müstəqilliyin bərpası kimi olmalıdır”.
Qeyd edək ki, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü elan ediləcək.
Tehsil-press.az