BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi

BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxana və Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında kitablar, əsərlərinin toplandığı və eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur. 80-ə yaxın kitabın nümayiş olunduğu sərgidə, həmçinin Aşıq Ələsgər nəslinin nümayəndəsi, söz ustadının nəticəsi Xətai Ələsgərli tərəfindən Elmi Kitabxanaya hədiyyə edilən kitablar yer alıb.
Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq BDU-da tədbirlər planı hazırlanıb və bu istiqamətdə müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər