AzMİU əməkdaşları şəhid məzunumuzun ildönümü mərasimində iştirak ediblər

AzMİU əməkdaşları şəhid məzunumuzun ildönümü mərasimində iştirak ediblər 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və uca tutulacaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi də Vətən müharibəsi şəhidlərinin xatirəsinə böyük ehtiram və diqqətlə yanaşır, şəhid ailələrini ziyarət edir, onların dərdinə şərik olur.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və MİT fakültəsinin dekanı Sabir Məmmədov 11 oktyabrda şəhidlik zirvəsinə ucalan Mexanika və informatika faküləsinin məzunu Kənan Həsənlovun ildönümü mərasimində iştirak etmək üçün şəhidin ailəsinin yaşadığı Salyan rayonunun Arxarası kəndində olublar, valideynləri ilə görüşüblər, məzarını ziyarət ediblər. Universitetin rektorluğu, professor-müəllim heyəti, tələbələri adından valideyinlərinə başsağlığı verilib, ruhuna dualar oxuyublar.
Məlumat üçün qeyd edək ki, Kənan Elşad oğlu Həsənov 1997-ci ildə sentyabrın 16-da Salyan rayonunun Arxarası kəndində anadan olub. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika informasiya texnologiyaları fakültəsinin 884a qrupunda oxuyub. 2018-ci ildə hərbi xidmətə yollanıb. 2-ci Qarabağ müharibəsi zamanı çox böyük igidliklər göstərib. Talış kəndi, Tapqaraqoyunlu, Suqovuşan və Hadrut uğrunda gedən döyüşlərin birbaşa iştirakçısı olub. 11 oktyabr 2020-ci ildə Suqovuşan istiqamatində erməni postuna hücum zamanı şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Kənan Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər