ADU-nun müəllim və tələbə heyəti Koreya kinofestivalında iştirak edib

ADU-nun müəllim və tələbə heyəti Koreya kinofestivalında iştirak edib Azərbaycan Dillər Universiteti (ADU) nəzdində Koreya Araşdırmalar Mərkəzinin, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya kinofestivalı keçirilib.
Festivalda Koreyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Universitetin Tərcümə fakültəsinin dekan müavini Malik Kərimli tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədilə keçirildiyini diqqətə çatdırıb.
Rəsmi açılış hissəsindən sonra 2015-ci il istehsalı olan “Sui-qəsd”, 2019-cu ildə lentə alınan “Jüri” və 2016-cı ildə böyük ekranda göstərilən “Tunel” adlı Koreya filmləri nümayiş olunub.
Festivalda Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər universitetin Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər