Dövlət İmtahan Mərkəzi: 2021-ci ildə keçirilən imtahanlara 13 min 726 nəzarətçi cəlb edilib

Dövlət İmtahan Mərkəzi: 2021-ci ildə keçirilən imtahanlara 13 min 726 nəzarətçi cəlb edilib Ümumilikdə il ərzində bu günə qədər keçirilən imtahanlara 13 min 726 nəzarətçi 38 min 983 dəfə cəlb edilib.
Bu imtahanlarda iştirak edən zal nəzarətçilərinə ödənilən əməkhaqqı fondu 1 milyon 855 min 940 manat olub. Nümunəvi fəaliyyətinə görə 2170 zal nəzarətçisinə təşəkkür elan edilib. Onlar arasında Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Sabunçu rayonlarının, eləcə də Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Abşeron və Mingəçevir rayonlarının nəzarətçiləri çoxluq təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər