Mədəniyyət və İncəsənət Universitetinə rəssamlığa dair yeni nəşrlər təqdim olunub

Mədəniyyət və İncəsənət Universitetinə rəssamlığa dair yeni nəşrlər təqdim olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzinə Xalq rəssamı Cəmil Müfidzadənin həyat və yaradıcılığına həsr olunan kitablar təqdim edilib.
Kitablarda rəssamın dünyanın müxtəlif muzeylərində və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılan əsərləri əksini tapıb. Fırça ustasının “İçərişəhər”, “Abşeron nefti”, “Buhenvald”, “Xınalıq”, “Monqolustan torpağında”, “Misir təəssüratları” və s. silsilə məşhur əsərləri fərdi yaradıcılıq vasitələri ilə seçilən bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir. Cəmil Müfidzadənin yaradıcılığı milli-mənəvi dəyərləri qabarıq şəkildə hiss etdirir və onun sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənəti ənənələri ilə həmahəngdir.
Təqdim olunan kitablarda sənətkarın yaradıcılıq yolu ardıcıllıqla izlənib, rəssamın 2004-2006-cı illərdə Misir Ərəb Respublikasına səyahəti dövrdə çəkdiyi tabloların fotoları və səfər etdiyi yeni ölkələr, xalqlar, onların yaşayış tərzini əks etdirən şəkillər yer alıb.
Qeyd olunan nəşrlərin Kitabxana-İnformasiya Mərkəzində sərgisi təşkil edilib və oxucuların istifadəsinə verilib.

Tehsil-press.az


Oxşar xəbərlər