Qvineyada qızıl mədəninin çökməsi nəticəsində azı 18 nəfər ölüb

Qvineyada qızıl mədəninin çökməsi nəticəsində azı 18 nəfər ölüb Qvineyada qızıl mədəninin çökməsi nəticəsində azı 18 nəfər həlak olub.
Qəza paytaxt Konakridən təqribən 386 kilometr uzaqlıqda, mədənçilərin son aylarda qızıl tapmaq üçün axın etdiyi Gaoual kəndində baş verib.
Hökumət sözçüsü Ousmane Gaoual Diallo jurnalistlərə açıqlamasında dağıntılar altından indiyədək 18 cəsədin çıxarıldığını və xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Afrikanın qərbində mədən qəzaları tez-tez baş verir. Buna səbəb mədənlərin nəzarətsiz və ya tənzimləmə olmadan fəaliyyət göstərməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər