Ulu Öndərə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib

Ulu Öndərə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib.
Bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Festivalda tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və münsiflər heyəti – Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Rüstəm Nəzirov, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Xalq artisti, münsiflər heyətinin sədri Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafis Quliyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Maral Salmanova iştirak ediblər.
Tədbirdə UNEC tələbələri bədii proqramla çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər