
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov münsiflər heyətinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudovanı və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi , bəstəkar Nailə xanım Mİrməmmədlini salamladı, müsabiqədə iştirak edəcək gənclərə uğurlar arzuladı. Natiq İbrahimov gənclərin asudə vaxtlarının təşkilində, hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında bu cür müsabiqələrin əvəzsiz olduğunu, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirdi.
Sonra meydan yaradıcı gənclərə verildi. LDU-nun, Astara Pedaqoji , Masallı Regional kollecləri tələbələrinin ifasında mahnılar, şeirlər səsləndi, milli və müasir rəqslər ifa edildi.İstedadı ilə seçilən gənclər mayın 7-də Bakıda keçiriləcək qala konserdə iştirak etmək hüququ əldə etdilər.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri