UFAZ-da “Açıq qapı” günü olacaq

UFAZ-da “Açıq qapı” günü olacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) valideynlər və abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək.
Tədbirdə Azərbaycan-Fransız Universitetinə qəbul prosesi və təhsil müəssisəsində tədris proqramları barədə məlumat veriləcək, abituriyentin və onların valideynlərinin sualları cavablandırılacaq.
Qeyd edək ki, UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, intensiv fransız dili dərsləri keçirilir. Tədris fransız proqramı əsasında aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər