 Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurov Moskva Rabitə və İnformatika Texniki Universitetində “İnformasiya cəmiyyətinin texnologiyaları-2022” mövzusunda XVI beynəlxalq elmi-texniki konfransda çıxış edib. Onun məruzəsi diploma layiq görülüb.
	  Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurov Moskva Rabitə və İnformatika Texniki Universitetində “İnformasiya cəmiyyətinin texnologiyaları-2022” mövzusunda XVI beynəlxalq elmi-texniki konfransda çıxış edib. Onun məruzəsi diploma layiq görülüb.Tofiq Mansurov, həmçinin Belarus Dövlət Rabitə Akademiyasında “Telekommunikasiya və poçt rabitəsində yeni informasiya texnologiyaları” mövzusunda XXII beynəlxalq elmi-texniki konfransın açılışında iştirak edib. Azərbaycan, Qazaxıstan, Livan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndələrin iştirak etdiyi konfransda AzTU-nun professoru çıxış edib.
Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub.
Tehsil-press.az
 
             
         
        
        



 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	