
Bunu Venesuela televiziyasında çıxış edən ölkə Prezidenti Nikolas Maduro deyib. Bildirib ki, Venesuela sülh və suverenlik şəraitində neft çıxarmaq və sərmayələri qəbul etmək üçün bütün hüquqi bazaya sahibdir. Prezidentin sözlərinə görə, Venesuela böyük neft və qaz ehtiyatlarına malikdir.
Venesuela hazırda sanksiyalar tətbiq olunana qədər ölkənin hasil etdiyi 3 milyon barel əvəzinə, gündə təxminən 800 min barel xam neft istehsal edir.
Tehsil-press.az