Sosial-İqtisadi Kollecdə “Şuşa İli” çərçivəsində tədbir təşkil edilib

Sosial-İqtisadi Kollecdə “Şuşa İli” çərçivəsində tədbir təşkil edilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şuşanın tarixi abidələri və görkəmli şəxsiyyətləri haqqında tələbələrin hazırladıqları videoçarx nümayiş olunub. Sonra Xan qızı Natəvanın fransız səyyahı Dümanı Şuşada qarşılama mərasimi, Mehdiqulu xan Cavanşirin Şuşada işğalçılarla döyüşü və s. səhnələri göstərilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə sərəncamlarına və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq təşkil edilib.

Tehsil-press.az


Oxşar xəbərlər