Azərbaycan İlahiyyat İnstitutunda Milli Mətbuat Günü ilə bağlı tədbir

Azərbaycan İlahiyyat İnstitutunda Milli Mətbuat Günü ilə bağlı tədbir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov milli mətbuatımızın tarixindən danışıb, görkəmli mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən yaradılan “Əkinçi” qəzetinin cəmiyyətdə mühüm rolunu vurğulayıb.
Milli mətbuatımızın uğurlu inkişaf yolu keçdiyini qeyd edən M.Mürsəlov müasir şəraitdə onun dövlət-din münasibətlərinə xüsusi diqqət və həssaslıqla yanaşdığını yüksək qiymətləndirib.
Prorektor ümummilli lider Heydər Əliyevin mətbuata daim xüsusi əhəmiyyət verdiyini, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Ölkəmizdə azad, demokratik mətbuatın inkişafına geniş imkanlar yaradıldığını deyən M.Mürsəlov jurnalistləri əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra prorektor Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Tədbirdə mətbuat nümayəndələri çıxış edərək təhsil və mətbuatımızın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Sonda ali təhsil müəssisəsinin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən mətbuat nümayəndələri mükafatlandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər