Hadisə boşanır?

Hadisə boşanır? Bir neçə ay əvvəl ailə həyatı quran türkiyəli müğənni Hadisə və iş adamı Mehmet Dinçerlerin arasında problemlərin olduğu iddia edilir. 
Estrada müğənnisi Mehmet Dinçerlerin evlilik təklifi zamanı ona hədiyyə etdiyi brilyant qaşlı üzüyü evliliyindən sonrakı bütün konsertlərində həmişə taxsa da, son iki konsertində üzüyü onun barmağında görən olmayıb.
Bir müddətdir həyat yoldaşının konsertinə getməyən Mehmet Dinçerler ötən gün yeni məkanın açılışında məşhur simaları qonaq edib. Bu özəl gündə Hadisə ərini tək qoyub. Mehmet Dinçerlerin də nikah üzüyünü taxmaması diqqət çəkib.
Münasibətlərinin ilk dövründə tez-tez kamera qarşısına keçib, sosial şəbəkədə foto paylaşan cütlük bir müddətdir ki, ayrı görüntülənir. Hadisə həyat yoldaşının ad günündə də onunla bağlı heç nə paylaşmayıb.
Qeyd edək ki, Hadisə ilə iş adamı martın 15-də nişanlanıb, daha sonra ailə arasında sadə mərasim keçirərək evləniblər. 



Tehsil-press.az


Oxşar xəbərlər