ADU-da beynəlxalq imtahanlar üçün qeydiyyat davam edir

ADU-da beynəlxalq imtahanlar üçün qeydiyyat davam edir Azərbaycan Dillər Universitetinin (ADU) ECL İmtahan Mərkəzində alman dilinin B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat aparılır.
Qeydiyyat noyabrın 3-dək davam edəcək. İmtahanlar Təhsil 2 fakültəsinin nəzdində Xarici dillər kafedrasının müdiri dosent Aida Sobor və Beynəlxalq münasibətlər fakültəsinin nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.
İmtahanlardan uğurla keçən şəxslərə beynəlxalq sertifikat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər