BAAU-nun kollektivi şəhid Vüqar İsmayılovun xatirəsini yad etdi

BAAU-nun kollektivi şəhid Vüqar İsmayılovun xatirəsini yad etdi Bakı Avrasiya Universitetinin kollektivi və Tələbə Gənclər Təşkilatının bir qurup tələbəsi 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmancasına şəhid olan Regionşünaslıq və iqtisadiyyat fakültəsinin məzunu olmuş Vüqar İsmayılovun məzarını ziyarət ediblər.
Azərbaycanın haqq savaşında şəhidlik zirvəsinə ucalan Vüqar İsmayılovun xatirəsi Bakı Avrasiya Universitetində də bir dəqiqəlik sükutla yad edilib, qəhrəman şəhidimizin döyüş yolu haqqında tələbələrə məlumat verilib, xatirəsi ehtiramla yad edilib.

Tehsil-press.az


Oxşar xəbərlər