
Tədbirin moderatoru, kafedranın dosenti Günay Qarayeva Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın yaradıcılığının mövzu dairəsi, dil, üslub, forma xüsusiyyətləri barədə geniş məlumat verib.
Kafedranın professoru Rəhilə Qeybullayeva milli istiqlal şairi Əhməd Cavadın bədii yaradıcılığının müasir dövrümüz üçün aktual olduğunu vurğulayıb.
Professor Leyla İmaməliyeva isə Əhməd Cavadın beş xarici dil bilməsi, bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, onun 29 illik pedaqoji fəaliyyətindən danışıb.
Filologiya fakültəsinin tələbələri Validə Vəliyevanın “1920-1930-cu illər ədəbi tənqidində Əhməd Cavad” və Aytac Mirzəyevanın “Əhməd Cavad yaradıcılıgında türkçülük və turançılıq” mövzularında məruzələri dinlənilib.
Tehsil-press.az