Pakistanın keçmiş Baş naziri İmran Xanın tərəfdarlarının yürüşü atəşə tutulub. İnsident nəticəsində İmran Xan ayağından yaralanıb. Bununla yanaşı, İmran Xanın “Tehrik-i İnsaf” partiyasından daha 5 nəfər də yaralanıb. Atəş açan şəxsin saxlanıldığı bildirilir. Ölkə mediasında həmin şəxsin fotosu yayılıb.