AzMİU-nun elektron kitabxanasındakı kitab sayı 10 minə çatdırılıb

AzMİU-nun elektron kitabxanasındakı kitab sayı 10 minə çatdırılıb Son bir ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elektron kitabxanasına 1000 ədəd yeni kitab yüklənib. Bununla da, elektron kitabxanadakı kitabların sayı 10 minə çatdırılıb.
Kitablardan 4382-si Azərbaycan, 2914-ü rus, 2302-si ingilis dilindədir. Təxminən 200 kitab isə başqa dillərdədir.
Universitetdə həyata keçirilən rəqəmsallaşma prosesi çərçivəsində kitabxananın elektron kataloqundakı materialların sayı da artırılaraq 37 min 233 ədədə çatdırılıb. Elektron kataloqdakı materialların 33 min 399-u kitablar, 2751-i magistr dissertasiyaları, 766-sı avtoreferatlar, 317-si isə alimlik dissertasiyalarıdır.
Elektron kataloqun genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradır.
Qeyd edək ki, AzMİU-nun elektron kitabxanası 2012-ci ildə qurulub və daimi yenilənmə əsasında elektron kitabxana və kataloqdakı materialların sayı mütəmadi olaraq artırılır.

Tehsil-press.az


Oxşar xəbərlər