Polşa ABŞ ilə strateji tərəfdaşlıqda maraqlıdır

Polşa ABŞ ilə strateji tərəfdaşlıqda maraqlıdır Polşa ABŞ-a bütün səviyyələrdə strateji tərəfdaşlıq təklif edir.
Bu fikri Polşanın Baş naziri Mateuş Moravietski ABŞ-a səfərinin birinci günündə vitse-prezident Kamala Harris ilə görüşdən sonra mətbuat üçün brifinqdə səsləndirib. O bildirib ki, Ağ ev Ukraynadakı vəziyyətin risklərini anlayır və ABŞ ilə Polşa arasında sıx münasibətlər istiqamətində mövzular hərtərəfli müzakirə edilib. Polşa ABŞ-a bütün səviyyələrdə strateji tərəfdaşlıq təklif edir və bu təklif qarşı tərəfdən də müsbət qarşılanır. Bu, Prezident Co Baydenin Polşaya səfəri zamanı investisiya, iqtisadi və hərbi layihələri müzakirə edərkən də aydın olub.
M.Moravietskinin fikrincə, Avropa İttifaqı daxilində ABŞ-la sıx müttəfiqliyə əsaslanan siyasət yaxın illərdə Polşa üçün ən yaxşı yoldur. Polşa ərazisində təkcə Amerika əsgərlərinin və bazalarının olması deyil, həm də Amerika iqtisadi və biznes maraqlarının inkişafı Polşanın təhlükəsizliyinin elementi ola bilər. Ona görə də görüşdə enerji, ticari və müdafiə sahəsini əhatə edən mövzular barədə fikir mübadiləsi aparılıb.
K.Harrislə görüşdə, həmçinin kibertəhlükəsizlik, hərbi təhlükəsizlik, eləcə də Uzaq Şərq, miqrasiya və iqlim dəyişikliyi kimi həssas mövzulara da toxunulub.

Tehsil-press.az




Oxşar xəbərlər