"Ermənistan sərhədin delimitasiyasına hazırdır”

"Ermənistan Praqa və Soçidə əldə olunan razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan, həmçinin daha əvvəl elan olunan prinsiplər əsasında nəqliyyat və iqtisadi regional yolların açılmasına da hazırdır.
Qeyd edək ki, N.Paşinyan daha əvvəl də oxşar açıqlamalar verib. Buna baxmayaraq, Ermənistanın atdığı addımlar bu açıqlamalar və vədlərlə üst-üstə düşmür. Azərbaycan isə öz mövqeyində qətiyyətli olduğunu nümayiş etdirməyə davam edir. Belə ki, bir neçə gün əvvəl Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib. Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nəcəfbəyli komissiyanın katibi təyin edilib.

Tehsil-press.az


Oxşar xəbərlər